Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayonu Polis Şöbəsi (RPŞ) və Ucar Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin əməkdaşı Ülvi Cəbrayılzadə, gənclər və orta məktəb psixoloqları iştirak ediblər.
Daha bir tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, rayon Gənclər və İdman sektorunun müdiri Ələkbər Kərimov, rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, eləcə də gənclərin iştirakı ilə baş tutub.
Şəkidə keçirilən tədbirə isə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, Şəki şəhər mərkəzi “Cümə” məscidi nəzdində fəaliyyət göstərən Mərkəzi Qız Quran kursunun nümayəndəsi Rahilə Babayeva, müəllimlər və tələbələr qatılıblar.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən işlərdən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.