Heydər Məscidi — Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Heydər Məscidi kompleksi "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılıb.[1]
Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır.[2] Məscid iki minarəli və 15 günbəzlidir. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunmuş məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir.
Kompleksdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. Mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar vardır